Logo

“Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu” başa çatdı - FOTOLAR

“Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu” başa çatdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin 3-8 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu” başa çatıb.

Bakı Konqres Mərkəzində açılışla başlayan Forum Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyəti tərəfindən italyan və ingilis dilində iki günlük emalatxana çalışmaları ilə davam edib. Emalatxana çalışmaları zamanı Azərbaycan və İtaliya gənc memarları qeyri-formal təhsil metodikasına uyğun olaraq qarışıq formada 10 komandaya ayrılıblar.

7 dekabr tarixində layihənin bağlanış mərasimi və sərgi baş tutub. Layihənin bağlanış mərasimində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fatma Yıldırım, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Universitetin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva, Təşkilat Komitəsinin nümayəndələri, Azərbaycan və İtaliya gənc memarları iştirak edib. Tədbirin sonunda layihə iştirakçıları sertifikatla təltif olunublar.

Layihənin yekunu olaraq təşkil edilən sərgidə Azərbaycan və İtaliya gənc memarlarının təxəyyülünün nəticəsində ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində tikilməsi mümkün olan 10 sosial obyektin eskizi nümayiş olunub.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR