Logo

Şamaxı sakini ov zamanı həmyerlisini GÜLLƏLƏDİ - FOTO

Şamaxı sakini ov zamanı həmyerlisini GÜLLƏLƏDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 5-də saat 22 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini Ramil Əhmədovun tüfəngdən açdığı atəşdən İlkin İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR