“İlin yarısını işıqsız keçiririk...” – Ağdaşdan ŞİKAYƏT VAR

“İlin yarısını işıqsız keçiririk...” – Ağdaşdan ŞİKAYƏT VAR

Regionların fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, bu sahədə problemlər qalmaqdadır. Bu istiqamətdə mövcud narazılıqlardan biri də Ağdaş rayonunda qeydə alınıb.

Bu barədə Sfera.az-a Ağdaş rayonu Xosrov kəndinin sakinləri müraciət edib. Onların sözlərinə görə, elektrik enerjisinin verilməsində böyük fasilələrin yaranması ciddi problemlər yaradır. Qeyd olunub ki, Ağdaş-Xosrov işıq xətti bərbaddır və  sözügedən ərazilər 365 günün tam yarısı işıqsız qalır.

 

Belə davam edəcəyi halda isə, bütün sakinlər adından ölkə başçısına müraciət ediləcəyi bildirilir.

 

“Dünyaya enerji ixrac edən bir ölkənin sakinlərinin ilin yarısı işıqsız qalması ən azı ədalətsizlikdir. Ağdaş ucqar rayon deyil.  Azərbaycanın tam mərkəzində yerləşir. Belə olan halda, problem nədir?”, deyə saytımıza daxil olan şikayətdə vurğulanıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...