Logo

Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü

Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR