Azərbaycan İranla sərhəddə Türkiyə ilə birgə hərbi təlimlərə başlayır – Bakının mesajı

Azərbaycan İranla sərhəddə Türkiyə ilə birgə hərbi təlimlərə başlayır – Bakının mesajı

Azərbaycanla Türkiyə birgə təlimlərə başlayır. Hərbi təlimlər ölkəmizin İranla sərhədində - Astara və Cəbrayıl ərazilərində keçiriləcək. Təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən təlim həm də İrana ciddi mesajdır:

 

“Bu təlimlərdən təkcə İran deyil, Rusiya da nəticə çıxarmalıdır. Çünki Qarabağda Rusiya sülhməramlı qüvvələrinin "fəaliyyəti" Azərbaycanın təhlükəsizliyini təhdid edir. Bu təlimləri “NATO-Azərbaycan təlimləri” kimi də xarakterizə etmək olar. Vaşinqton da buna dəstək verir. Azərbaycan Baş Qərargah rəisi bundan öncə Pentaqonda görüşlər keçirdi. Bu baxımdan deyə bilərik ki, ABŞ-ın Azərbaycana dəstəyi yeni müstəvidə davam edir”.

 

Politoloq qeyd edib ki,  təlimlər Tehranın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarına da cavabdır: “Təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qalacaq”.

 

Qeyd edək ki, birgə hərbi təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR