Logo

Qarlı yolda AĞIR QƏZA: Ata öldü, oğlu...

Qarlı yolda AĞIR QƏZA: Ata öldü, oğlu...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Astarada qarlı yolda maşın sürüşüb, ata ölüb, oğul yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin məlumat veib.

Dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib.

Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq orada ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu R.Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR