Nazir Fazil Məmmədovun səhhəti ilə bağlı - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, Vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar dünən keçirilən referendumda səsvermə məntəqəsinə gedə bilməyib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Sfera.az-a bildirilib ki, Fazil Məmmədov hazırda iş başındadır. Şöbədən əlavə edilib ki, nazirin səhhəti qaydasındadır.
Xatırladaq ki, Report.az-ın yaydığı xəbərə görə, dünən səs vermək üçün 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.






