Logo

Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub - Fotolar

Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

Türkiyədə istehsal edilən "AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır.

Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb.

Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub - Fotolar

Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub - Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR