Logo

Yaddaşı gücləndirən qidalar

Yaddaşı gücləndirən qidalar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Bir çox insanın tez-tez qarşılaşdığı bu problemin qarşısı bəzi qidalar vasitəsilə alına bilər.

Sfera.az  Medicina.az-a istinadla beyin və yaddaşın güclənməsi üçün faydalı olan məhsullarla bağlı məlumatları təqdim edir.

Balıq - beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.

Qaragilə - antioksidan maddəsi ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.

Tünd şokolad - yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.

Balqabaq - əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR