Azərbaycanda qadın sürücü mağazaya maşınla girdi - FOTO + VİDEO

Azərbaycanda qadın sürücü mağazaya maşınla girdi - FOTO + VİDEO

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

 

Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

 

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

azertac


OXŞAR XƏBƏRLƏR

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...

Türkiyədə əməliyyat: 270 nəfər saxlanıldı

Türkiyədə son iki gün ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 270 şübhəli saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məl...

Bakıda təcili yardım maşını tıxacda qaldı – VİDEO

  Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa...

Rusiyada azərbaycanlı deputat istefaya göndərildi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefaya göndərilib.   Sfera.az xəbər verir ki, Xantı-Mansiysk Muxtar Dairəsi Duması ...

Uzunömürlü insanların sirri açıldı: Bu məhsullarla qidalanırlar

Dünyanın müxtəlif ölkələrində 100 ildən çox yaşamış insanların sıx məskunlaşdığı bölgələrdə aparılan tədqiqatlar maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqatlar n...