Tural Abbaslıdan Əlisa Nicatla bağlı AÇIQLAMA

Tural Abbaslıdan Əlisa Nicatla bağlı AÇIQLAMA

Bir neçə gündür sosial mediada əsas müzakirə mövzusu yazıçı Əlisa Nicatın durumu ilə bağlıdır. Yaşayış şəraitinin qənaətbəxş olmaması, kommunal xərcləri ödəməkdə çətinlik çəkməsi bir sıra tanınmış şəxslər tərəfindən reaksiyalara səbəb olub.

Ümumiyyətlə, dövlət yazıçılar və tanınmış simalarla bağlı hansı dəstəkləyici təbdirlər həyata keçirməlidir? Bu kateqoriyadan olan insanlara hansı güzəştlər nəzərdə tutulmalıdır?

 

Sfera.az-a danışan AĞ partiya sədri Tural Abbaslı Əlisa Nicatla bağlı məsələni izlədiyini bildirib:

 

“İstənilən halda, həm dövlət , həm də cəmiyyət olaraq ziyalılarımıza sahib çıxmalıyıq. Hər şeyi də kapitalizmə bağlamaq düzgün deyil. “21-ci əsrdir, sərbəst bazar iqtisadiyyatıdır, azad rəqabət dövrüdür” kimi bəhanələrimiz olmamalıdır. Çünki çox vaxt aydınlarımız kapitalizmin qaydaları ilə işləməyi bacarmırlar. Onların işi əsər yazmaq, yaratmaq, xalqı aydınlatmaqdır. Ona görə də ziyalılara, yazarlara, elm adamlarına dövlətin daim yardım etməli olduğunu düşünürəm”.

 

Müsahibimiz qeyd edib ki, Sovet İttifaqı kimi mürtəce bir iqtidar belə öz dönəmində yazıçıları, müəllimləri, alimləri himayə altına alıb, müxtəlif problemlərini həll etməyə çalışıb:

 

“Bu, dövlətdən elə də böyük xərc tələb etmir. Cüzi vəsaitlə yüzlərlə ziyalımızı, alimlərimizi təmin etmək mümkündür. Onlar məişət qayğıları, qaz pulu, işıq pulu, qidalanma, geyim dərdi çəkməməlidirlər. Onların işi yazıb yaratmaq, araşdırmaq olmalıdır. Bir dövlət özünün alimləri ilə tanınır. Odur ki, biz də yazarlarımıza, şairlərimizə sahib çıxmalıyıq. Bununla bağlı qanunvericilikdə də boşluqlar var. Düşünürəm ki, bu istimətdə xüsusi proqram qəbul edilməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...