Logo

Bir ailənin üç üzvünü öldürən şəxs SAXLANILDI - YENİLƏNDİ

Bir ailənin üç üzvünü öldürən şəxs SAXLANILDI - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ailənin keçmiş kürəkəni olduğu məlum olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Nofəl adlı şəxs törətdiyi cinayəti etiraf edib.

***

15:55

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Sfera.az xəbər verir ki, o, müalicə aldığı tibb müəssisəində dünyasını dəyişib.

Bununla da evə basqında ölənlərin sayı 3-ə çatıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR