Logo

Yağışlı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ!

Yağışlı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3 ° aşağı enərək, 5-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda: Sululuğun artacağı ehtimal olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR