Uill Smith qalmaqaldan sonra ilk dəfə böyük kinoya qayıdır - FOTO
Bir müddət öncə Uill Smit “Oskar 2022” təqdimatı zamanı patoloji saç tökülməsindən əziyyət çəkən həyat yoldaşı haqqında pis zarafatına görə aparıcı Kris Roku vurub. Bundan sonra aktyor Amerika Kino Akademiyasından qovulub və bir sıra əməkdaşlıq müqavilələrinə xitam verilmişdi.
Sfera.az bildirir ki, 54 yaşlı Hollivud aktyoru Uill Smit “Oskar” qalmaqalından sonra yenidən böyük ekranlara qayıdıb.
O, rejissor Antuan Fukuanın yeni "Liberation" filmində rol alıb. Real hadisələrə əsaslanan tarixi dramda Uill Smit qaçaq qul rolunu oynayıb. Hekayədə Smit Peter adlı obrazı canlandırır. Peter qul ovçuları tərəfindən sevdiklərindən ayrılır, lakin qəhrəman vətəndaş müharibəsinin qızğın çağında İttifaq ordusu ilə görüşmək üçün köləlikdən qaçmağa çalışır, ordu sıralarına qoşulur və sonra ailəsi ilə yenidən birləşir.
Azadlıq əldə etmək üçün bataqlıqdan keçmək məcburiyyətində qalan Smitə “bataqlıqda ölməyin bir çox yolu var” xəbərdarlığı edilir. Rejissor filmin Smitin qalmaqalından əvvəl çəkildiyini bildirib. Rejissor eyni zamanda filmin yayımlanmaması ilə bağlı heç bir söz-söhbətin olmadığını bildirib və Smiti “həyatda tanış olduğum ən şirin insan" adlandırıb. Studiya və kinorejissorlar vəziyyəti müzakirə etdikdən sonra “Liberation”un gecikdirilməməsinə qərar veriblər. Rejissor rolun Smit üçün əqli və fiziki cəhətdən çətin olduğunu da vurğulayıb: Smit isə jurnalistlərlə “Oskar”ın uğursuzluğunu müzakirə etməkdən imtina edib.
Aktyor oktyabr ayında özəl nümayişində filmi Deyv Çappelle, Tayler Perri, Rihanna və A$AP Rocky də daxil olmaqla məşhur dostlarına göstərib. Bu yaxınlara qədər dramın buraxılış tarixi məlum deyildi. Apple TV+ keçən ay onun 2 dekabrda kinoteatrlara çıxacağını, 9 dekabrdan isə yayımlanacağını elan edib.
Qeyd edək ki, Smitin növbəti 10 il ərzində Akademiya tədbirlərində iştirakına qadağa qoyulsa da, o mükafatlara namizəd olmaq hüququna malikdir.








