AQTA bu müəssisələrdə nöqsanlar aşkarladı - SİYAHI
Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən 44 ticarət və 28 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.
AQTA-dan Sfera.az-ya verilən məlumata görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 43, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 25 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələrin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.






