Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI: “Hər gün onunla...” - FOTO

Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI: “Hər gün onunla...” - FOTO

Son zamanlar gənclərin ani ölümü ilə qarşılaşırıq. Kimisi yol qəzasında, kimisi cavanlaşan xəstəliklərdən, kimisi isə gözləmədiyi anda dünyasını dəyişir. O biri dünyaya 16 yaşında köçən Turan Rüstəmov da ölümü erkən yaşında görən gənclərdən biridir.

 

Xatırladaq ki, məlumatlara əsasən, o, Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülüb.

 

”Tiktok”da Turana aid videolar trendə düşüb.

 

Sfera.az xəbər verir ki, lent.az onların içərisində mərhumun sevgilisinin paylaşdığı görüntülərlə də qarşılaşıb. Adı E.H. olan həmin qızla əlaqə yaratdıb.

 

E.-nin sözlərinə görə, o, mərhumun məzarına baş çəkmək üçün hər gün Mingəçevirdən Yevlaxın Salahlı kəndindəki məzarlığa gedir:

 

“Biz ötən il cüdo klubunda tanış olmuşuq. Sosial şəbəkə hesabımızda bir-birimizi izləyirdik. Bir gün məndən çox xoşlandığını, sevdiyini söylədi. Münasibətimiz çox gözəl irəliləyirdi. İlk sevgi saf olur deyirlər. Elə idi bizdə. Həmişə bir-birimizin yanında idik. Elə sevə-sevə də ayrılmışıq...

 

Sonuncu dəfə nəyinsə üstündə bərk dalaşıb əlaqəmizi kəsdik. Düzdür, mənimlə yenidən bərabər olmaq üçün cəhdlər edirdi. İstəmirdim, amma indi çox peşmanam. Həmin hadisə olanda dostlarım xəbər verdi mənə. Biləndə ki, Turan bıçaqlananda oradakı müəllimlər, insanlar heç bir şey etməyiblər, dəhşətə gəldim. Necə yəni heç kəs heç nə etmədi? Necə yəni göz görə-görə qarşısını almadılar? Videolara baxa bilmədim, ürəyim gəlmirdi. İndi baxıram və hələ də özümə gələ bilmirəm.

 

 

Hər gün ona baş çəkməyə Mingəçevirdən Yevlaxın Salahlı kəndinə gedirəm. Danışıram onunla, ölümü ilə barışa bilmirəm. Nə mən, nə də ailəsi. Bacısı ilə danışıram. Onların halını təsəvvür edin. Evdən Bakıya uşaq yola salıblar ki, yarışa getsin. Sağ-salamat göndərdikləri uşağın evə cənazəsi gəlir...”

 

E.-nin və mərhumun yaxınlarının indi təsəllisi şəkillər, səs yazıları, xatirələr və qara torpaqdır. “Söyüş üstündə” həyatına son qoyulan Turan Rüstəmovun hekayəsi yarıda qırıldı, Allah onun yaxınlarına səbr versin...


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...

"Kapital Bank" Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Q...