Logo

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi”nə start verildi - FOTOLAR 

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi”nə start verildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi”nə start verilib. Layihənin keçirilməsində məqsəd gənc liderlər və Təşəbbüs Qruplarının rəhbərlərinin üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və şəbəkələşmə prosesinə töhfə verilməsidir. Layihədə Davamlı İnkişaf Xidmətinin fəaliyyətində aktiv rol alan gənc liderlər və Hərəkatla əməkdaşlıq edən Təşəbbüs Qruplarının rəhbərləri olmaqla ümumilikdə 100 gənc iştirak edir. Davamlı İnkişaf Xidməti "Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən mərkəz və klublar şəbəkəsini özündə birləşdirən çətir struktur vahididir.

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” 24 noyabr səhər saatlarında layihə iştirakçılarının Mingəçevir şəhərində yerləşən “Kür Hotel”ə doğru yola düşməsi ilə start götürüb.

25 noyabr tarixində isə “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi”nin açılış mərasimi baş tutub. Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra isə “Kür Hotel”in konfrans zalında açılış mərasiminə start verilib. Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri, gənc liderlər və Təşəbbüs Qruplarının rəhbərləri iştirak edib. Tədbirin əvvəlində qonaqlar və layihə iştirakçıları ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə, uca səslə ifa olunub, ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Payız Məktəbi”nin 24-25 noyabr tarixləri üzrə proqramına əsasən, millət vəkili Məşhur Məmmədovun iştirakı ilə “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri" mövzusunda panel müzakirəsi, İZ Gənclər Təşkilatının təsisçisi, təlimçi Natiq Xəlilovun təqdimatında “Gənc liderlərin komanda quruculuğunda rolu" və NLP master-coach Gülşad Hüseynova ilə “Gənc Liderlər üçün Neuro Linqivistik Proqramlaşdırma bacarıqları” mövzusunda təlimlər baş tutub və layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.

“Payız Məktəbi”ndə hər günün sonu mədəni-kütləvi tədbirlərlə başa çatıb. Birinci gün açılış münasibəti ilə "Welcome Party" və ikinci gün isə “Mask Party” baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR