Söz və mətbuat azadlığı demokratiyanın ilkin şərtlərindəndir

Söz və mətbuat azadlığı demokratiyanın ilkin şərtlərindəndir

Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində belə qeyd olunur: Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

 

Bəs söz və məlumat azadlığı nədir?

 

Məlumat azadlığı bir şəxsin və ya insanların məlumatı dərc etmək və istehlak etmək azadlığıdır.

 

Söz azadlığı isə hökumətin cəzası olmadan danışmaq, yazmaq, fikir və mülahizələrini bölüşmək hüququdur.

 

Hələ eramızdan əvvəl 399-cu ildə yunan filosofu Sokrat azad sözü təbliğ edən bir mübahisəsinə görə təqib edilirdi. O, bir qrup afinalı tərəfindən şəhərin tanrılarına inanmamaqda və gənclərin əxlaqını pozmaqda ittiham edilirdi. Ona qarşı yönəldilən ittiham belə idi: "O, dinsizdir, gənclərin əxlaqını pozur. O, Afinanın inandığı tanrılara inanmır. O, dövlətin tanrılarına məhəl qoymadan yeni tanrılar yaradır. O, allahlardan fərqli tanrıları ucaldır."

 

Nəticədə Sokrat ölümə məhkum edildi. Afina qanunlarına görə, 24 saat ərzində zəhər içməklə cəza icra edilməli idi, lakin edam bir ay gecikdi. Bu müddət ərzində yaxınları onu qaçırmağı təklif etmsələr də, o, “dövlətin icazəsi olmadan həbsxanadan çıxa bilməzsən, yanlış da olsa, qanuni məhkəmə qərarına əməl etmək lazımdır” deyərək bu təklifləri rədd etdi və zəhəri içərək öldü.

 

1948-ci ildə BMT Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində söz azadlığını insan hüququ kimi tanıdı.

 

Media plüralizmi nədir?

 

Media plüralizmi söz azadlığının zəruri şərtidir və söz azadlığına,  cəmiyyətlərin inkişafına töhfə verir. Bu gün media azadlığı üçün ən böyük təhlükələrdən biri ənənəvi mediada müşahidə etdiyimiz monopoliya meylləridir. Bəzi ölkələrdə həqiqi media azadlığı çox azdır və buna görə də plüralizm üçün məkan məhduddur.

 

İnformasiya və ifadə azadlığına əsaslanan azad, müstəqil və plüralist media göstərən demokratiyanın əsas elementidir. Media azadlığı, əslində, bütün digər insan hüquqlarının müdafiəsi üçün vacibdir. İşgəncə, ayrı-seçkilik, korrupsiya və ya səlahiyyətdən sui-istifadə halları araşdırmaçı jurnalistlərin əməyi sayəsində dəfələrlə üzə çıxıb. Faktların ictimaiyyətə çatdırılması insan hüquqları pozuntularının aradan qaldırılmasına başlamaq və hökumətləri məsuliyyətə cəlb etmək üçün çox vaxt ilk, vacib addımdır.

 

Medianın müxtəlifliyi və məzmunu üzərində müxtəlif nəzarət və təzyiq formaları onların müstəqilliyinə və plüralizminə mane olur.  İşlərinə görə azadlıqdan məhrum edilən jurnalistlərlə bağlı hallar davam edir.  Təqib, hədə-qorxu, zorakılıq və hətta qətl halları dəfələrlə sənədləşdirilib.

 

İfadə azadlığı sadəcə qanunla nəzərdə tutulmuş şəxsi peşə sirrinin mühafizəsi məqsədləri ilə məhdudlaşdırıla bilər. Eyni zamanda, başqalarının şərəf və ləyaqətinə xələl gətirən təhqiramiz ifadələr də başqa insanların hüquqlarına zidd olduğu üçün belə hallarda fikir və ifadə azadlığımız məhdudlaşdırıla bilər.

Nəzrin

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...