Üngütlü kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi - FOTOLAR
Göyçay rayon icra hakimiyyətinin başçısı 24 noyabr 2022-ci ildə Potu inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Üngütlü kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Sfera.az xəbər verir ki, qəbulda icra başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


























