Logo

Türkiyədə güclü zəlzələ: 40-a yaxın yaralı var

Türkiyədə güclü zəlzələ: 40-a yaxın yaralı var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

***

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Sfera.az xəbər verir ki, yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.

Zəlzələnin episentri Düzcenin Gölyaka rayonunda yerləşib. Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində qeydə alınıb.

Güclü zəlzələ əhali arasında təşvişə səbəb olub.

Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan əlavə, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR