Qəbələdə 9 yaşlı uşağı avtomobil vurdu
Kateqoriya məlum deyil
Qəbələ rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədov Xəyal Elsevər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.






