“Balenciaga” reklamında seks oyuncaqları skandalı - FOTO 

“Balenciaga” reklamında seks oyuncaqları skandalı - FOTO 

Luks moda markalarından biri olan “Balenciaga” son reklam kampaniyası ilə tənqid hədəfinə çevrilib. Balaca uşaqların əllərində gəzdirdiyi oyuncaq ayı çantaları fantaziya aksesuarlarını canlandırdığı üçün sosial medianın gündəminə çevrilib.

 

Sfera.az bildirir ki, “Ballensiaga” çanta reklamları üçün uşaq modellərdən istifadə edib. Uşaqların əlindəki oyuncaq ayılar müzakirə obyektinə çevrilib.

 

İki fərqli uşaq modelinin olduğu iki fotoşəkillərdən birində dəri qayışından ağ oyuncaq çantası tutan bir qız təsvir edilmişdir. “Balenciaga”nın tənqidinə səbəb oyuncaq ayıların geyimləri olub. Ayının qollarında və ayaqlarında uclu dəri bilərziklərdən əlavə, boynunda zəncir və qıfıllar var. “Balenciaga”nın saytında başqa bir oğlanın divanda dayanmış və bənövşəyi tüklü oyuncaq çantası tutan başqa bir şəkli var. Şəkildəki oyuncaq ayının dəri paltarı seks fantaziyası olmasa belə, arxa fonda olan oyuncaq ayı dəri kostyumuna tənqid hədəfi olub. Çantalar hələlik saytda satışa çıxarılmasa da, görüntülər sərt reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə uşaqların bu cür fotolarda iştirak etməsi bir çox insana iyrənc görünüb. Onlar markaya sərt münasibət bildiriblər. Kampaniya görüntüləri sosial şəbəkələrdə də valideynlər arasında narahatedici və məsuliyyətsiz kimi qiymətləndirilib.

 

Bir Twitter istifadəçisi

 

"Bunu nə qədər insan dizayn edir, bunun arxasında nə qədər insan dayanır... Bu barədə düşünmək belə qorxuludur" - yazıb.

 

Digəri isə “bu, çox əxlaqsızlıqdır” qeyd edib. Əksər sosial şəbəkə istifadəçiləri kampaniyaya qarşı olduğunu bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...