Logo

“Bir metrostansiya sovetdə 2 ilə, müstəqillik dövründə 4 ilə tikilib” – Ekspertdən ETİRAZ

“Bir metrostansiya sovetdə 2 ilə, müstəqillik dövründə 4 ilə tikilib” – Ekspertdən ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır. Amma stansiyaların tikilmə sürətinə baxdıqda görürəm ki, hələ ömrümüzün çox hissəsi tıxaclarda keçəcək”.

Sfera.az xəbər verir ki, bunu metropolitenin tikinti sürəti ilə bağlı mövcud vəziyyəti şərh edərkən iqtisadçı-ekspert Samir Əliyev bildirib.

S.Əliyev xatırladıb ki, Bakıda ilk metrostansiya 55 il əvvəl, yəni 1967-ci ildə istifadəyə verilib. Ekspertin sözlərinə görə, sovet dövründə stansiyaların tikintisi daha sürətlə aparılırdı:

“Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanıb və 1967-ci il noyabrın 6-da 5 stansiya ("Bakı Soveti", "Sahil", “28 Aprel", "Gənclik" və "Nərimanov")  istifadəyə verilib. 1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb. Bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür. Bu, o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni, hər 5 ildə 2 stansiya. Nəzərə alaq ki, başlanğıc işləri üçün zaman daha çox tələb olunur. Üstəgəl bu işlər həmin dövrün texnikası ilə görülüb.

Bəs müstəqillik dövründə - qazandığımız pulların hamısının bizə qaldığı, milyardlarda büdcəyə malik olduğumuz və müasir texnikaların olduğu bir dövrdə nə qədər stansiya istifadəyə vermişik?

Cavab utandırıcıdır: 31 ildə cəmisi 8 stansiya. Onun da 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni, hər 4 ilə 1 stansiya düşür”.

S.Əliyev rəsmi məlumatlara istinadən bildirdi ki, sovet dövründə tikilən metropoliten xətlərinin uzunluğu 25,8 km olduğu halda, müstəqillik dövründə bu göstərici 13 km olub:

“Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır”.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR