Logo

ANAMA azad edilən ərazilərdə daha 119 mina aşkarladı

ANAMA azad edilən ərazilərdə daha 119 mina aşkarladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR