Logo

“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO

“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sübh saatlarında ağır yol qəzası baş verib.

Sfera.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, saat 05:30 radələrində Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) “BMW” markalı avtomobil sürücü 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

Vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.

“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO

“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO
“İçərişəhər”də faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü + FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR