Logo

Azərbaycanda DƏHŞƏT: "4 yaşlı uşaq..."

Azərbaycanda DƏHŞƏT: " 4 yaşlı uşaq..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkidə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Sfera.az-ın məlumatına görə, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Səxavət oğlu Əlizadə bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı Ö. Əlizadənin yaşadığı ünvanda mürəbbə bişirən qaynar tiyana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. Hazırda xəstəxanada Ö. Əlizadəyə lazımi tibbi yardım göstərilir, ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Ö. Əlizadənin vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR