Bu gün neçə nəfər peyvənd olunub?
Kateqoriya məlum deyil
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 438 vaksin vurulub.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 33 nəfərdir.







