Logo

Bakıda "parkovşik"lər yer üstündə dava saldılar: biri digərini qapazladı - ANBAAN VİDEO

Bakıda "parkovşik"lər yer üstündə dava saldılar: biri digərini qapazladı - ANBAAN VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "parkovşik" kimi fəaliyyət göstərən şəxslər arasında dava olub.

Sfera.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Bakı kinoteatrının qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Qasımov Anar Əlizadə oğlu redaksiyamıza bildirib ki, ərazidə "parkovşik" fəaliyyəti ilə məşğul olarkən əvvəllər həmin yerdə eyni işi görmüş Məmmədağa Bəşir oğlu tərəfindən döyülüb. Adıçəkilən şəxs ona zərbə endirərək ərazidən uzaqlaşıb. Qasımov Anar bildirib ki, Məmmədağa Bəşir oğlu onun "çörək pulu" qazanmasına hər vəchlə mane olub.

Hadisədən sonra Qasımov Anar ərazidə yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR