Yaşa görə müavinət nə artırılmalıdır? - ŞƏRH
2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumunun 199 manata qaldırılması yaşa görə müavinətlərin də artırılmasını zəruri edəcək.
Sfera.az xəbər verir ki, hazırda yaşayış minimumu 176 manat, yaşa görə müavinət isə 180 manatdır.
“Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu minimum xərclərin (ərzaq, qeyri-ərzaq və pullu xidmətlərin) dəyərini ifadə edir. Qanunun məntiqinə görə, əməkhaqqları, pensiyalar və yaşa görə müavinətin məbləği yaşayış minimumundan az ola bilməz.
Buna görə də, gələn il pensiyaçılar üçün yaşayış minimumunun 23 manat artırılması yaşa görə müavinətlərin də ən azı 20 manat artırılmasını tələb edir.
Son illərdə yaşa görə müavinət alanların sayı sürətlə artır. Yaşa görə müavinət alanların sayı 2016-cı ildə 17,08 min nəfər olduğu halda, 2018-ci ildə 53,3 min, 2021-ci ildə 113,6 min nəfər olub.
2022-ci ilin avqustun 1-nə olan məlumata əsasən isə yaşa görə müavinət alanların sayı 124 min nəfəri keçib. Yəqin ki, ilin sonunda yaşlılığa görə müavinət alanların sayı 135 min nəfərə çatacaq.
Qeyd edək ki, yaşa görə müavinət pensiya yaşına çatıb pensiya ala bilməyənlərə verilir.
Vasif