Logo

Polis Beyləqanda əməliyyat keçirdi - SAXLANILANLAR VAR + FOTOLAR

Polis Beyləqanda əməliyyat keçirdi - SAXLANILANLAR VAR + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman 3 ədəd qablaşdırmada təmiz çəkisi 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR