Logo

Bakıda “Çağırışın 17 siması” adlı fotosərgi keçirilir

Bakıda “Çağırışın 17 siması” adlı fotosərgi keçirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Çağırışın 17 siması” adlı fotosərgi keçirilir.

Sfera.az xəbər verir ki, layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib.

Sərginin 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacağı gözlənilir.

Qeyd edək ki, BMT-nin 2015-ci ildən elan etdiyi Dayanıqlı İnkişaf Məqsədləri layihəsi təşəbbüsünə ilk qatılan Azərbaycan olub. Ekspozisiyada dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir. Sərginin keçirilməsində məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR