Logo

Millimiz Moldovaya qalib gəldi - YENİLƏNDİ

Millimiz Moldovaya qalib gəldi - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Sfera.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

***

22:30

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Sfera.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv ilk hissədən sonra rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

***

21:50

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

Qolları 28-ci dəqiqədə Emin Mahmudov və 42-ci dəqiqədə Aleksey İsayev vurub.

***

21:46

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

Sfera.az-ın məlumatına görə, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.

***

21:32

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Sfera.az-ın məlumatına görə, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

***

21:00

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

"Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR