Logo

Sumqayıtda FACİƏ: Azyaşlı bacılar qəfil vəfat etdi - VİDEO

Sumqayıtda FACİƏ: Azyaşlı bacılar qəfil vəfat etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.

Yaxınları deyiblər ki, azyaşlı bacıların  halı pisləşən kimi valideynləri  dərhal xəstəxanaya müraciət etsələr də, gec olub.

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən "Xəzər Xəbər"ə bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən  isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR