İsmayıllı Rayon İcra Hakimiyyətində sakinlərin müraciətləri dinlənildi - FOTOLAR
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinləri qəbul edilib, müraciətləri dinlənilib.
Sfera.az xəbər verir ki, qəbul zamanı şəhid ailələri, qazilər və müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.














