Logo

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, noyabrın 16-dan saat 08:00-dan etibarən 150 metr məsafədə avtonəqliyyat vasitələrinin hərəkəti bir hərəkət zolağı üzrə məhdudlaşdırılacaq.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirib ki, yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

Baş DYP İdarəsi ərazi üzrə xidmət aparan YPX əməkdaşlarının təhlükəsizlik tədbirlərinə cəlb ediləcəyini bildirməklə yanaşı, sürücüləri yolun sözügedən hissəsində daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR