Logo

DİN Şəmkirdə növbəti erkən nikahın QARŞISINI ALDI 

DİN Şəmkirdə növbəti erkən nikahın QARŞISINI ALDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.  

Bu barədə Sfera.az--a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə,  11-ci sinif şagirdi Ləman Mehtiyevanın ( ad soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb. 
Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

Qeyd edək ki, bu gün Şəmkirdə daha bir yetkinlik yaşına çatmayan qızın nişan mərasimi keçirilib. Hər iki faktın qarşısı DİN Gəncə regional qrupu tərəfindən alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR