Logo

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Sfera.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR