Rəşad Dağlı apellyasiya şikayəti verəcək? - Yaxınları AÇIQLADI

Rəşad Dağlı apellyasiya şikayəti verəcək? - Yaxınları AÇIQLADI

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) apellyasiya şikayəti vermək niyyətində deyil.

 

Sfera.az xəbər verir ki, bu barədə report-a Rəşad Dağlının yaxınları bildirib.

 

Qeyd edilib ki, Qaradağ Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilməyəcək:

 

"Hazırda Rəşadın səhhəti normaldır. İstintaq davam edir".

 

Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR