Deputat ayaq yolunda suyun olmadığından gileyləndi
Kateqoriya məlum deyil
"Bakı-Gəncə sürət qatarında ayaqyolu problemi yaşanır"
Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Müşfiq Cəfərov öz rəsmi facebook səhifəsində yazıb.
O, bildirib ki,adıçəkilən qatarda biznes klasın xidmət göstərən heyəti suyun olmadığını etiraf edib:
"Bu səbəbdən biznes klasda olan sərnişinlər ekonom klasa gedir və orada ciddi növbə yaşanır. Başa düşə bilmirəm, bu niyə belə olmalıdır? İnsanlar 3 saat 45 dəqiqə qatarda yol gedir,uşaq və yaşlı insanlara necə izah etmək olar ki,su yoxdur deyə ayaqyolu işləmir"






