Logo

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili Jalə Əliyeva Referendum üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. Deputat bu dəfə Zərdab rayonunda ilk dəfə səs verəcək gənclər və qadınlarla görüşüb.

Qadınlarla görüşdə çıxış edən Jalə Əliyeva deyib ki, Konstitusiyada  nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O diqqətə çatdırıb ki, bu dəyişikliklərin hər biri xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların daha yaxşı müdafiə olunmasına xidmət edir.

İlk dəfə səs verəcək gənclərlə görüşdə çıxış edən Jalə Əliyeva özünün ilk dəfə səsverməsi ilə bağlı xatirələrini bölüşərək, bunun olduqca həyəcanlı və məsuliyyətli olduğunu qeyd edib. Deputat bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə yaş senzinin aradan qaldırılması  gənclərin qarşısında yeni üfüqlər açır:"Bu gənclərin ictimai-siyasi proseslərdə önə çıxması, dövlət idarəçiliyində daha da yaxından iştirakı üçün yaradılan böyük və tarixi şansdır. Əminəm ki, Azərbaycan gəncliyi 26 sentyabrda Konstitusiya təklif olunan dəyişikliklərə "HƏ” deməklə, ölkəmizin gələcəyinə səs verəcəklər!".

Görüşdə fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri, "Yeni Azərbaycan” təşviqat qrupunun Zərdab rayon şöbəsinin rəhbəri Pərvin Mahmudova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.

O bildirib ki, təklif olunan dəyişikliklər bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğundur. P.Mahmudova ilk dəfə səs verəcək gəncləri ümumxalq səsverməsində fəal olmağa və səsverməyə çıxarılmış Referendum Aktı layihəsini dəstəkləməyə çağırıb.

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR

Millət vəkili gəncləri referendumda aktiv olmağa çağırıb-FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR