Rəşad Dağlı amnistiyaya düşə bilərmi? – Vəkildən AÇIQLAMA

Rəşad Dağlı amnistiyaya düşə bilərmi? – Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib. O, ötən gün polislər tərəfindən saxlanılıb.

 

Meyxanaçının törətdiyi cinayətlə bağlı ilk məhkəmə iclasının bu gün baş tutacağı gözlənilir. Sosial şəbəkələrdə isə sözügedən şəxsin müəyyən müddət sonra amnistiya ilə azadlığa çıxa biləcəyi kimi fikirlər səsləndirilməkdədir.

 

Maraqlıdır, ağır cinayət törədən şəxs qısa müddət ərzində bağışlana bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan vəkil Mehman Muradlı cinayət törədən şəxsin amnistiyaya düşməsi ilə əfv edilməsinin fərqli anlayışlar olduğunu deyib. Vəkil meyxanaçının amnistiya ilə azadlığa çıxa bilməyəcəyini bildirib:

 

"Amnistiya konkret maddələrə şamil edilən, böyük təhlükə törətməyən maddələrə aid olan anlayışdır. Bunu da Milli Məclis qəbul edir. Lakin 120-ci maddə ilə bağlı praktikada amnsitiya aktı ilə azadlığa çıxma faktı görülməyib. Bu maddə ilə yalnız 90-cı illərdə amnistiyaya düşmək olurdu. Bunun da səbəbi həmin dövrün müharibə illərinə təsadüf etməsi, amnistiyaya düşən şəxslərin döyüşə cəlb edilməsi idi."

 

M.Muradlının sözlərinə görə, ağır cinayət törətmiş şəxs yalnız əfv vasitəsilə azadlığa çıxa bilər:

 

"Cəzasının yarısını çəkmiş ağır cinayət törədən şəxs əfv oluna bilər. Əfvlə bağlı Prezidentin humanist yanaşması var. Elə hal olub ki, bir ildə iki dəfə əfv məsləsinə baxılıb. Rəşad Dağlının törətdiyi cinayət ağır cinayət olduğu üçün o, cəzasının müəyyən hissəsini çəkdikdən sonra bağışlanmaq üçün müraciət edə bilər. Sonda qərarı isə Prezident verir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...