Bakı-Sumqayıt qatarlarında gediş haqqının kartla ödənişində niyə problem yaranıb? - Açıqlama

Bakı-Sumqayıt qatarlarında gediş haqqının kartla ödənişində niyə problem yaranıb? - Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb. Bu sistemin nə zaman aktivləşdiriləcəyi isə qeyri müəyyən olaraq qalmaqdadır.

 

Qeyd edək ki, növbəti il üçün ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra bu xəbər yeni sistemin icrası ilə bağlı suallar yaradıb.

 

Maraqlıdır, növbəti ildən etibarən müxtəlif bank kartları ilə ictimai nəqliyyatda ödəniş etmək mümkün olacaqmı?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bu prosesin icrası üçün təkliflərin verildiyini deyib:

 

"Bu istiqamət üzrə əvvəlcədən təkliflərimizi vemişik. İctimai nəqliyyatda kartla ödəniş sisteminə keçid zəruridir. Biz öz daxili sistemimizi qurmalı, daha sonra növbəti mərhələlərə keçməliyik. Lakin ictimai nəqliyyatda ödəniş üsullarını fərqli formada da təşkil etmək mümkündür. Məsələn, metro üçün nəzərdə tutulan kartdan digər ictimai nəqliyyat növlərinin hamısında istifadə oluna bilər və s.  “Mastercard”, "Apple Pay" kimi ödəniş üsulunun tətbiqi üçün isə bizdə baza sistemi yoxdur. Bu prosesin icrası üçün ölkədə kadr potensialı var. Sadəcə, bu məsələnin reallaşdırılması üçün hüquqi, fiziki şirkətin, təşkilatın təşəbbüs göstərməsi lazımdır”.

 

Ekspert sərnişindaşıma qiymətlərinin azala bilməsinin də mümkünlüyünü vurğulayıb:

 

“O cümlədən, yeni qatarların alınıb istifadəyə verilməsi də müzakirə mövzusu ola bilər. Yeni qatarlar, elektriklə çalışan digər nəqliyyat növlərinin olması sərnişindaşıma qiymətlərinin yarıya düşməsi ilə nəticələnər. Bu özlüyündə xidmət səviyyəsinin də yüksəlməsinə gətirib çıxarar”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...