"Qarabağ"ın pley-offdakı rəqibi BƏLLİ OLDU
Kateqoriya məlum deyil
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sfera.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunan mərasimdə təmsilçimiz "Qarabağ"ın də rəqibi müəyyənləşib. Ağdam klubu pley-offda Belçika "Gent"i ilə qarşılaşaq.
Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.






