Logo

DİN-dən Zəfər Günü ilə bağlı müraciət

DİN-dən Zəfər Günü ilə bağlı müraciət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.

Sfera.az xəbər verir ki, DİN-dən verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR