Logo

Türkiyəli general XTQ-nin təlimini izlədi - FOTO

Türkiyəli general XTQ-nin təlimini izlədi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi keçirilir. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Həmçinin, XTQ hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.

Sfera.az xəbər verir ki, təlimi izləyənlər arasında türkiyəli general Bəxtiyar Ersay da olub.

Qeyd edək ki, ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin avqust ayında imzaladığı sərəncamla B.Ersaya general-leytenant rütbəsi verilib.

Türkiyəli general XTQ-nin təlimini izlədi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR