61 yağış barmaqlığı oğurlayan şəxsə HÖKM OXUNDU

Cəmiyyət
20:35 / 02.11.2022
16553
Bakıda yollardan 61 yağış barmaqlığı oğurlayan şəxsə hökm oxunub
Paytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.
DİN-dən Sfera.az-a verilən xəbərə görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub.
Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.