Logo

Azərbaycanın bəzi yerlərinə 1 metrdən artıq qar yağıb

Azərbaycanın bəzi yerlərinə 1 metrdən artıq qar yağıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.

Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.

Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.

Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR