Logo

Saxlanılan nazir müavini kimdir? - DOSYE

Saxlanılan nazir müavini kimdir? - DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər arasında mədəniyyət nazirinin birinci müavini Elnur Əli oğlu Əliyev də var.

Sfera.az Elnur Əliyevin bioqrafiyasını təqdim edir:

E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

7 senytabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Orxan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR