Logo

“Qarabağ”ın bu futbolçusu “Frayburq”la matçı buraxacaq – ZƏDƏLƏNDİ

“Qarabağ”ın bu futbolçusu “Frayburq”la matçı buraxacaq – ZƏDƏLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisindən Sfera.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib.

Onun diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.

Qeyd edək ki, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Ölkə çempionu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR