Logo

Azərbaycan peyklərindən nə qədər gəlir əldə edir? - RƏSMİ

Azərbaycan peyklərindən nə qədər gəlir əldə edir? - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Sfera.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 milyon dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon dollar ilə Birləşmiş Krallıq, 3,9 milyon dollarla Fransa, 3,3 milyon dollarla Lüksemburq, 1,8 milyon dollarla  BƏƏ və 1,1 milyon dollarla Pakistan qərarlaşıb.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR